Sevimli

Bala

Uşaqlara ən gözəl gələcək!

Sizin səbətiniz boşdur

Sevimli Bala Lahiyə Haqqında

Sevimli Bala - Azərbaycanda bütün yaşlarda uşaqlar üçün ən böyük maarifləndirici layihədir. Təşkilat üç mərkəzdən, sosial layihədən və tədbirdən ibarətdir.

"Sevimli Bala" layihəsinin fəaliyyətinə daxildir:

Sevimli Bala-ın maarifləndirici mərkəzləri

Uşaqlar üçün müəyyən edilmiş hər yaş qrup və marağ üzrə bölünmüş  3 mərkəz fəaliyyət göstərir:

  • Bebi-klub 8 aydan 7 yaşa kimi uşaqlar üçün rus və ingilis dillərində məktəbəqədər təhsilin hərtərəfli inkişafını təmin etmək üçün nəzərdə tutulub.

  • Sevimli Bala Elmi Mərkəzi 4 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuşdur. Siniflərə daxıldir: Gənc kəşfiyyatçılar klubu, proqramlaşdırma, elmi laboratoriyalar, intelektual oyunlar, mental arifmetika, müxtəlif dillər, master-klasslar və bir sıra dərslər. Təhsil Azərbaycan, ingilis və rus dillərində keçirilir.

  • Talent Studio 3-4 yaş üzəri olan uşaqlar üçün nəzərdə tutulub. Fəaliyyətə beynəlxaq rəqslər, balet, gimnastika, kapoeyra, incəsənət, şahmat və bir sıra başqa dərslər daxıldir.

Sayt

Sevimli Bala veb-saytı 2014-cü ilin martında əvvəlcə Azərbaycanda valideynlər üçün faydalı məlumatı verən tədris sınağı kimi istifadəyə buraxılmışdır. Layihənin artmasından sonra indi veb-sayt həmçinin təşkilatın, mərkəzlərin, hadisələrin, sosial layihələrin, festivalların və son xəbərlərin fəaliyyətini əks etdirir.

Sosial layihələr

Sosial layihələr bizim fəaliyyətimizin əsas hissəsidir. Kitab ağacı - hər bir uşaq hekayəyə qulaq asa və ya kitablarla pulsuz mübadilə edə biləcəyi bir məkandır. "Green ASAN" – ASAN Xidmət hökumət agentliyi ilə əməkdaşlıqdan yaradılmış milyonlarla Azərbaycan vətəndaşına xidmət edən utilizasiya proqramıdır. IDEA ekolojı təşkilat ilə biz Azərbaycanda uşaqlar üçün birinci ekoloji laboratoriyanı buraxdıq. Laboratoriyalar 2016-cı ilin yanvar ayından etibarən hər ay iki şəhərdə - Baki və Gəncədə pulsuz keçirilir. Bundan başqa, biz uşaq evlərində, xəstəxanalarda, məktəblərdə xeyriyyə işini keçiririk və yüzlərlə uşaq üçün böyük tədbirlər təşkil edirik.

Heyətimiz – gördükləri işə sevgi ilə yanaşan məsuliyyətli, fəal və həmişə gülərüz olan insanlardır.