Sevimli

Bala

Uşaqlara ən gözəl gələcək!

Sizin səbətiniz boşdur

Cinderellanın Yeni İl Ball gecəsi

16 dekabr tarixlərində Sevimli Balanın təşkilatçılığı ilə şəhərin ən gözəl mehmanxanalarından biri olan Four Seasons Otelində möhtəşəm Yeni il tədbiri keçirildi. 200 uşağın iştirak etdiyi Cinderella New Year Ball adlı Yeni il şənliyinə Heydər Əliyev fondunun dəstəyi ilə 2 saylı uşaq evindən də uşaqlar dəvət olunmuşdular. Eyni zamanda uşaqlar, aktyorların canlandırdığı məşhur nağılların qəhramanlarını görməyə və hiss etməyə müvəffəq oldular. Bayramın möhtəşəm atmosferi uşaqlara unudulmaz emosiyalar bəxş etdi və tədbirdə iştirak edən butun uşaqlar Cinderellanın qəddar analığından xilas olunması və prinsi tapması üçün təşkil edilən oyunda yüksək səy göstərdilər. Həmçinin balacalar, peşəkar animatorların hazırladığı sevimli Yeni il şou proqramında canlı olaraq Şaxta babanın əlindən hədiyyələr alaraq zövqlə əyləndilər.

Sevimli Bala layihəsi 2014-cü ilin aprelində böyüyən nəslin inkişafına və tərbiyəsinə töhfə vermək məqsədilə yaradılıb. Sevimli Bala şəbəkəsinin ilk klubu 2014-cü ilin may ayında açılıb və mental arifmetika, şahmat, uşaq elmi laboratoriyalar, xarici dillər və s. kimi əlavə dərslərin geniş spektrini təqdim edir. 2016-cı ilin oktyabrında şəbəkənin Talent Studio by Sevimli Bala adlı ikinci klubu açılıb. Burada müxtəlif növ rəqs, rəssamlıq, modelləşdirilmə dərslərinin vasitəsilə uşaqların yaradıcılıq potensialı inkişaf etdirilir. Şəbəkənin Baby-Club adlı sonuncu klubu 2016-cı ilin dekabrında açılıb və Rusiyanın  məşhur “Бэби-Клуб” şəbəkəsinin Azərbaycanda ilk  filialıdır. Bu klubun fəaliyyəti 8 aydan 7 yaşadək olan uşaqların 10 intellektinin inkişafına yönəldilib. Tədbirlərin təşkili, sosial layihələr və onlarda iştirak - Sevimli Bala üçün ən əhəmiyyətli bəndlərdən biridir. İDEA və ASAN Xidmətilə birlikdə təşkil edilən sosial layihələr, Sevimli Bala fəaliyyətinin mühüm hissəsidir.

Videograf Ruslan Gorbunov

Fotograf Bəhman Mirzoyev