Sevimli

Bala

Uşaqlara ən gözəl gələcək!

Sizin səbətiniz boşdur

IDEA ilə birgə uşaqlar üçün Ekoloji Laboratoriya. Fevral 2017

IDEA və Sevimli Bala Uşaq Klubu 2017-ci il 18 fevral tarixində uşaqlar üçün növbəti əlamətdar ekoloji laboratoriya sessiyasını başa çatdırdı.

Erkən elmi araşdırmalar uşaqların ətraf aləmi dərk etmələri və öyrənmələri baxımından çox mühüm rol oynayır. Buna görə də, Sevimli Bala uşaq klubu ilə birgə təşkil etdiyimiz ekoloji laboratoriyalarımız bu cür elmi təcrübə və ekperimentlərlə zəngindir.

Bu ay "kiçik ekoloqlar"ımız ölkəmizin təbiəti və nəsli kəsilməkdə olan vəhşi heyvanları haqqında geniş məlumat əldə etmiş və özlərinin kiçik qoruqlarını yaratmışlar. Daha sonra hava sıxlığını qavramaları üçün yumurta ilə, həmçinin gülün ləçəklərinə kimi suyu özünə çəkməsini müşahidə etmələri üçün gül və rəngli su ilə təcrübələrdə iştirak etmişlər.

Artıq 3 ildir ki, uğurla davam edən “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsinin növbəti təlimində, ənənəyə uyğun olaraq, IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim etmişdir.