Sevimli

Bala

Uşaqlara ən gözəl gələcək!

Sizin səbətiniz boşdur

Ata

Atam mənə həmişə deyərdi ki, arzuladığını etməyə heç vaxt gec deyil. “Nəyə qadir olduğunu bilmək üçün addım atmalısan” – deyərdi.

Maykl Cordan

Bütün ataların arzusu özlərində çatışmayan hər şeyi evladları üçün həyata keçirməkdir.Höte. Ata olmaq hər bir kişinin həyatında o qədər də asan bir dövr deyil. Hamiləliyin ilk aylarından öz vəziyyətini dərk edən qadından fərqli olaraq, kişi valideyn olacağını daha gec dərk etməyə başlayır. Gələcək ata bilməlidir ki, həyat yoldaşına dəstək göstərmək yalnız hamiləliyin 9 ayı ilə bitmir. O, hamiləliyin bütün etapları, eləcə də körpənin evə gəldiyi ilk aylar barədə məlumatlı olmalıdır. N.M. Karamzin əbəs yerə deməyib ki, “Məktəblər öz yerində, amma ata olmayan yerdə yaxşı tərbiyə də yoxdur”.

Buna görə də, biz uşağın tərbiyəsində atanın iştirakından tez-tez söz açacağıq, çünki şəxsiyyətin düzgün inkişaf etməsi üçün ana qayğısı ilə bərabər atanın da iştirakı çox vacibdir. Unutmayın ki, ata olmaqla hər bir kişi öz həyatının yeni mərhələsinə qədəm basır, bunun nə qədər gözəl olduğunu isə hər kəs dərk etməlidir.