Sevimli

Bala

Uşaqlara ən gözəl gələcək!

Sizin səbətiniz boşdur

Ana

Anamızın bizə bəxş etdiyi ilk hədiyyə həyatdır, ikincisi sevgi, üçüncü isə anlama hissi.

Donna Brauer

Saytımızın “Ana” adlanan bölümü üçün məhz bu sətirlərin epiqraf kimi seçilməsi heç də təsadüfi deyil. Körpəyə həyat bəxş etməklə ana bütövlüklə özünü ona verir. Axı, bunu anadan daha yaxşı heç kim edə bilməz! Hamiləliyi planlaşdırarkən nələri bilmək lazımdır? Orqanizminizin qayğısına qalmaq, qidalanmanıza diqqət yetirmək və ümumilikdə sağlamlığınızı qorumaq. Bütün bu məsələlərlə bağlı internet səhifəmizdə söhbət açacağıq. Öz körpəsini bətnində daşımağın qadın üçün nə qədər həssas bir dövr olması, doğuşa hazırlaşarkən nələri unutmamağın vacibliyi, hamiləlik zamanı və doğuşdan sonra qadının özünü formada saxlamağa çalışması – bütün bu məsələlərlə bağlı “Ana” bölümündə oxuya biləcəksiniz.