Sevimli

Bala

Uşaqlara ən gözəl gələcək!

Sizin səbətiniz boşdur

Aqentlik

Qızının dünyaya gəlməsi  bir çox xoş  anlar və analıq səadəti ilə yanaşı, Ayselin həyatına həm də  yeni bir məşğuliyyət – uşaq obrazlarının yaradılması işini daxil etdi.  Beləliklə, İnstagram və Facebook məkanlarında Zümrüd Kids Fashion səhifəsi yarandı; burada Aysel  balaca şahzadəsinin şəkillərini paylaşırdı.  Yalnız öz qızı üçün deyil, eyni zamanda başqa uşaqlar üçün  də obrazlar yaratmaq  istəyi Ayseli bu işlə daha dərindən məşğul olmağa həvəsləndirdi, həm də  bloqun oxucularının üslub barədə verdikləri suallar get-gedə artmaqda idi.

Sevimli Bala komandası ilə tanışlıq və uşaq fotosessiya layihələri üçün obrazlar yaratmağa başlaması Aysel üçün Sevimli Bala fotostudiyasında KiddoZ uşaq model agentliyinin yaradılması ilə nəticələndi. Uşaq butikləri üçün nümayiş və fotosessiyaların təşkili ilə yanaşı,  çox tezliklə məktəb fəaliyyət göstərməyə başlayacaq: burada defile texnikası, teatr ustalığı və uşaqların layihələrdə iştirakına psixoloji hazırlıq dərsləri keçiriləcək. Bu məktəb yalnız model olmaq istəyən uşaqlar üçün deyil, həm də özünə əminlik qazanmaq və komplekslərdən yaxa qurtarmaq istəyən uşaqlar üçün nəzərdə tutulmuşdur.