Sevimli

Bala

Uşaqlara ən gözəl gələcək!

Sizin səbətiniz boşdur

Paris muzeyləri və başqaları

Əgər siz Parisə uşaqlarınızla getməyi qərarlaşdırmısınızsa, arxayınlıqla yola düşün və əmin olun ki, bu səyahət həmişəlik yadda qalacaq. Məsələ yalnız məşhur Disneylenddə deyil, təbii ki, buraya da mütləq getmək lazımdır. Heyranedici Paris bütün ailənizlə birlikdə vaxtınızı gözəl keçirmək üçün bir sıra maraqlı yerlərə getməyi təklif edir.

Paris zooparkı

Paris zooparkı  Avropada ən maraqlı zooparklardan biridir və hətta dünyanın 15 zooparkı sırasına daxildir. Hal-hazırda burada 1200 heyvan saxlanılır, ərazisi isə 14,5 hektardır. Oraya 85 saylı avtobusla çox rahat getmək olar, həm də marşrutu olduqca gözəl yerlərdən keçir ki, bu da sizin üçün yolboyu əlavə ekskursiya ola bilər. Qeyd etmək lazımdır ki, avtobuslar cədvəllə işləyir və ondan istifadə etmək metro ilə getməkdən daha xoşdur. Bu marşruta Saint-Germain (metro St. Germain-des-Près, Odéon, Cluny) bulvarının  Latın kvartalında əyləşmək lazımdır, bulvarla gedərək Sena və Bastiliya,  Nation üzərindəki körpü ilə keçərək son dayanacağa – zooparka (Parc Zoologique) çatacaqsınız.

Zoologiya bağı

Bir çox ailələr uşaqları ilə vaxtlarını keçmiş Zoologiya bağında (Jardin d'acclimatation) keçirməyə üstünlük verirlər. Bu, boulinq istiqamətində Porte des Sablons, Route du Mahatma-Gandhi ünvanında, la rue d'Orléans küçəsində metronun  Les Sablons stansiyasında yerləşir, bağa giriş metrodan 150 metr aralıdadır. Ancaq nəzərə almaq lazımdır ki, bağ may ayından sentyabr ayına kimi açıq olur. Bu, uşaqlar üçün böyük əyləncə kompleksidir, burada iki böyük oyun meydançası var: biri 10 yaşına qədər uşaqlar üçün, digəri isə daha böyük uşaqlar üçündür. Parkın ərazisində hər şeyə maraq göstərən balacalar  «Eksploradrom»a gedə bilərlər; burada onları elmlə tanış edəcəklər, o cümlədən uşaqlarınız üçün kanalla kanoe gəzintisi, od püskürən çin əjdahası şəklində attraksion-qatar və Fransada «ginol» adlandırılan marionetlər (kuklalar) teatrının çıxışları da maraqlı ola bilər.

Disneylend

Disneylend elə bir yerdir ki, nağıl dünyası darvazadan başlanır və qonaqları bütün gəzinti zamanı müşayiət edir.  Əgər siz Parisə ən azı bir həftəliyə gəlirsinizsə, mütləq buraya getməlisiniz. Ancaq səbirli olun: ən məşhur attraksionlarda əylənmək üçün dəfələrlə növbədə durmalı olacaqsınız!  Ancaq istədiyiniz hər bir attraksiondan doyunca istifadə etmək üçün gərək heç olmasa iki gün təkrarolunmaz aurası olan Disneylend otelində qalasınız; bunu Disney parkda asanlıqla tapmaq olar. Axtarışlarla bağlı: Disney xəritəsində xüsusi işarələr var, bunlar sizin ailəniz və ya dostlarınızla gəlməyinizdən asılı olaraq, əyləncələr proqramını göstərir ki, bu da çox rahatdır.  Ancaq nəzərə alın ki,  körpələr üçün bura çox səs-küylü ola bilər, axı bütün parkda səsləndirilən musiqi bir dəqiqə də olsun, susmur. Ancaq bu orada körpələri ilə  gəzən nənələri, anaları, nə də babaları qətiyyən darıxdırmır.

Bazar günü bir çox əyləncə yerləri bağlı ola bilər və əgər darıxsanız, mütləq kafelərdən birinə brança gedin, buraya uşaqlar və uşaq arabaları ilə gəlmək də çox alqışlanır. Məsələn,  Royal Monceau Raffles Paris otelində valideynlər nahar süfrəsi arxasında dincələnə kimi uşaqlar nə isə maraqlı və faydalı bir işlə məşğul olurlar. Hətta belə kafelərin bütöv bir siyahısı var: Une Mere Unefillea Paris, Cafe Grenadine, Le Poussette Cafe və əlbəttə Etoile Monmtartre!

İrəli, əziz valideynlər!

Qeyd etmək istəyirik ki, yuxarıda verilənlərin hamısı mehriban və nağılabənzər Parisin öz qonaqlarına bəxş edə biləcəyi gözəlliklərin yalnız cüzi bir hissəsidir! Bütün ailənizlə gəlin və hətta lap körpə ilə də səyahət edirsinizsə, çətinliklərdən qorxmayın, qazanacağınız dərin emosiyalar, pozitiv duyğular buna dəyər.

Sevimli Baladan: Parisin görməli yerlərindən danışarkən onun muzeylərini unutmaq olmaz, buraya getməklə çox gözəl vaxt keçirəcəksiniz, uşaqlarınızın aldıqları biliklər isə daha da artacaq.

Grand Gallery of Evolution

Böyük təkamül qalereyası Parisin Təbii Tarix Milli muzeyinin tərkib hissəsidir. Tamaşaçılar bu qalereyada canlı varlıqların təkamül prosesini əyani nümayiş etdirən minlərlə eksponatla tanış olmaq imkanı əldə edirlər ki, bu da uşaqlarınız üçün çox faydalıdır.  Materialın maraqlı və asan üsulla çatdırılması, interaktiv elementlər sizi möcüzələr atmosferinə apararaq istirahətinizi əyləncəli və faydalı keçirməyə imkan yaradır.

City of Science and Industry

Əgər sizi XVI əsrdən bu günə kimi Avropa elm və texnikasının necə inkişaf etdiyi maraqlandırırsa,  İncəsənət və Peşə Muzeyinə getmək xüsusilə maraqlı olar, axı onu haqlı olaraq,  dünyanın ən qocaman texniki muzeyi adlandırırlar.  Burada toxuculuq sənətindən tutmuş fotoqrafiyaya qədər bütün peşə sahələri əhatə olunmuşdur. Əgər siz konkret mövzu ilə maraqlanırsınızsa,  onda muzey eksponatlarının 7 əsas bölməyə ayrılması faktı maraqlı olar: alətlər (elmi və ölçü), materiallar, inşaat, mexanika,  nəqliyyat, enerji və kommunikasiya. Cəsarətli olun, axı bilikdə heç nə artıq olmur!

Palace of Discovery

Kəşflər və ixtiralar sarayı Böyük sarayda yerləşən elm muzeyidir. Hal-hazırda bu muzeydə müxtəlif mövzulu bir çox eksponatlar var: riyaziyyat, fizika, astronomiya, kimya, geologiya və biologiya. Burada özünüzün interaktiv eksponatlar hazırlamaq imkanınızın olması, 15 metrlik günbəzi olan Seys planetarisinə səyahət sizə və uşaqlarınıza maraqlı olacaq.

Museum of Magic

Uşaqlıqda sehrbazlıqlara inam sarsılmaz olur, elə isə bu gözəl hissi niyə də möhkəmləndirməyək, bəlkə bu hissi özümüzə də qaytaraq?  Fransanın paytaxtında sehrbazlıq muzeyinin olması birmənalı şəkildə mümkündür!  Müasir dövrdən uzaqlaşaraq tapmacalar atmosferinə baş vurun,  özünüzü sehrli fokus və tryuklar aləmində hiss edin. Mütləq bu muzeyə getməyə vaxt tapın,  axı həqiqətən, belə muzey yeganədir. Qeyri-adi təəssüratlara zəmanət verilir!

Parisdə kukla muzeyi

Bu muzey xüsusən balaca şahzadə qızlara və onların analarına maraqlıdır. O, Parisin mərkəzində, Pompidu muzeyinin yaxınlığında, kiçik bir malikanədə yerləşdirilmişdir. Burada müxtəlif dövr və zamanların çoxsaylı kuklaları toplanmışdır. Məharətli ustaların müxtəlif materiallardan hazırladıqları kuklalar və onlar üçün tikdikləri rəngarəng gözəl kostyumlar insanı tamamilə valeh edir.

Pompidu mərkəzi

Parisin ən çox qonaq qəbul edən yerlərindən biri  Parisin mərkəzi üçün çox böyük ölçülərə malikdir: uzunluğu 166 metr, eni 60 metr, hündürlüyü isə 42 metr.

Jorj Pompidu adına Milli Mədəniyyət və İncəsənət Mərkəzinin fəaliyyəti müasir incəsənət və XX əsr incəsənətinin müxtəlif təzahürlərinin öyrənilməsi və dəstəklənməsinə həsr edilmişdir.

Bu mərkəz Fransada Luvr və Eyfel qülləsindən sonra ən çox qonaq gələn mədəni məkandır. 2006-cı ildə muzeyə 6,56 milyon adam gəlmişdir. Pompidu mərkəzinə Parisin Müasir İncəsənət Mərkəzi, böyük kitabxana, konsert və sərgi salonları, Akustika və Musiqinin Tədqiqatı və Koordinasiyası İnstitutu daxildir.  Pompidu mərkəzi qarşısındakı geniş meydan rəssamların,  səyyar artistlərin, musiqiçi və sirk artistlərinin sevimli yeridir.  Pompidu mərkəzindən sağ tərəfdə  kiçik   Stravinski meydanını eyniadlı ekstravaqant fəvvarə bəzəyir.