Sevimli

Bala

Uşaqlara ən gözəl gələcək!

Sizin səbətiniz boşdur

İçli toyuq filesi

Solmaz Paşayeva
20:11:2015

File toyuğun ən dietik hissəsidir, deməli, yağlı yemək yeməyən, çəkisinə nəzarət edən, ancaq özünə qeyri-adi yeməklərlə zövq vermək istəyənlər üçündür. Etiraf edim ki, artıq beş aydır qırmızı ət yemədiyimə görə bu resept mənim üçün bu ilin ən dadlı kəşfi oldu. Bu yeməyin daha bir üstünlüyü də ondadır ki, onu bir anda mikrodalğalı sobada hazırlamaq olar.

  • İnqrediyentlər

  • Toyuq filesi

  • Kərə yağı

  • Soya sousu

  • Sarımsaq

  • Duz

  • Cəfəri, şüyüd

  1. Fileni ən azı 15 dəqiqə soya sousunda marinad edin.

  2. Yumşaq kərə yağını göyərti və sarımsaqla birlikdə xırda-xırda doğrayın.

  3. Toyuq filesini uzununa çərtin (tam o biri üzünə kimi kəsməyin) və kitab kimi açın.

  4. Filenin bir yarısına içliyi yığın və o biri yarısı ilə üstünü örtün.

  5. Fileni mikrodalğalı soba qabına qoyun və qapaqla örtün. 

  6. 1000 Vt gücündə 10 dəqiqə bişirin (mən700 Vt gücündə 10 dəqiqə bişirdim, yenə alındı). Sobanı söndürdükdən sonra daha 10 dəqiqə də sobada özünü tutsun.

Onu da qeyd edim ki, əgər içliyin hamısı fileyə yerləşməsə, artıq qalan hissəni günorta qəlyanaltısında düyü unundan hazırlanmış vafli ilə birlikdə istifadə etmək olar.

Nuş olsun!