Sevimli

Bala

Uşaqlara ən gözəl gələcək!

Sizin səbətiniz boşdur

Müəllimlər

Arzu Qasımova - rus dili və məktəbəqədər hazırlıq kurslarının müəllimi. Hal-hazır ki, dövrdə rus dili çox yayılmış dıllərdən biridi. Uzun müddətli təcrübəsinə əsaslanaraq Arzu xanım, hər yaş həddində olan uşaqlarla ünsiyyət qura bilir. Məktəbə  hazırlaşan uşaqlar onun dərslərindən kifayət qədər informasiyanı toplayırlar.

Fəridə Abbasova - ingilis dili müəllimi. Bugün ingilis dili dünyanın ən geniş yayılan dillərindən biridir və müasir uşağlar üçün onun böyük əhəmiyyəti var. Fəridə xanımın dərsləri sayəsində uşaqlar oyun formasında ingilis dilində saymağa, rəngləri fərqləndirməyə, hərfləri, sözləri və sadə cümlələri tələffüz etməyə öyrənəcəklər.

Təranə Muradova – milli rəqs müəllimi.  Milli rəqslərin cazibəsi bunların möhtəşəmliyindədir, Azərbaycan Xalq Artisti Təranə Muradovanın ifasında isə əbədi olaraq bunların cazibəsində qalmaq olar. Təranə xanımın istedadı və  təcrübəsi onun apardığı milli rəqs dərslərinə xüsusi ahəng verir.

Çinarə Quliyeva – balet müəllimi.  İncəsənət növləri arasında hər zaman baletin özünəməxsus yeri olmuşdur. Çinarə xanımın balet dərsləri balaca qızlara zərif və gözəl qamətli olmağa kömək edir.

Sevinc Tağıyeva – mental arifmetika üzrə müəllim. Fənn uşaqlar və yeniyetmələr üçün sadə və əyləncə dərslərin unikal kompleksidir. Sevinc xanım öz dərslərində uşaqlara nəinki ağlında hesablamağa, hətta tez düşünüb qərar verməyə kömək göstərəcək.

Gülməmməd Şahverdiyev – oğlanların milli rəqslər üzrə müəllimidir. Azərbaycan rəqsləri oğlanlara nəyinki musiqin ritminə uyğun hərəkət etməyə öyrədəcək, həm də onlarda xüsusi cəsarət hissi yaradacaqlar. Öz dərslərində Gülməmməd balaca iqidləri milli rəqslərimizin hər növ incəliklərinə öyrədəcək.

Nigar Mıs – gimnastika üzrə müəllimədir. Uşaq gimnastikası - həqiqətən balaları idmana öyrəşdirməyin çox yaxşı vasitədir, çünki onun, demək olar ki, əks göstəricisi yoxdur. Təcrübəli məşqçi Nigar ilə uşaqlar şən oyun formasında koordinasiyalarını inkişaf etdirə və düzgün qaməti formalaşdıra biləcəklər, və bundan əlavə, hər dərsdən zövq alacaqlar.