Sevimli

Bala

Uşaqlara ən gözəl gələcək!

Sizin səbətiniz boşdur

Komanda

Elnarə  Nəsirli

Layihənin yaradıcısı

Elnarə üçün Sevimli Bala dünyanı daha gözəl etməkdir, axı gələcəkdə o, yalnız bütün ölkəmizi  əhatə etmək deyil, hətta ekologiyanın müdafiəsinə, gələcək nəslə daha yaxşı tərbiyə vermək üçün uşaqların təhsil və inkişafına töhfələr verməklə beynəlxalq səviyyəyə çıxmaq istəyir. O, Sevimli Bala komandasını özünün ikinci ailəsi adlandırır və hər bir kəs üçün qəlbən narahat olur.

 

 

 

 

Nigar Məmmədova

İcraçı direktor

Uşaqlara erkən yaşdan özünü reallaşdırmağa yardım etmək gənc yaraşıqlı əkiz anası və zəngin iş təcrübəsinə malik olan, zirvələri fəth edən istedadlı Nigar üçün xoşbəxtlik deməkdir. O, klubun inkişaf proqramını həvəslə, xırdalıqlarına qədər düşünür və hər bir uşağın parlaq fərdi şəxsiyyət olmağı üçün çalışır.
 

 

 

 

 

 

Nərgiz Bağırova

Ofis menecer

Nərgiz Sevimli Bala layihəsinin bir hissəsinə çevrilərək özündə  daha çox uğur qazanmağa böyük qüvvə və arzu olduğunu hiss etdi. Çeviklik, özünə nəzarət, məsuliyyət və kompromis tapmaq bacarığı Nərgizi mehriban komandamızın əvəzolunmaz işçisinə çevirən keyfiyyətlərdir.  «Niyə hər bir valideyn heç olmasa bir dəfə öz uşağını klubumuza gətirməlidir?» sualına o düşünmədən belə cavab verir: «Çünki ikinci belə klub yoxdur!»

 

 

 

Əminə Məhərrəmova

Layihələr üzrə direktor

İnzibati işlər kiməsə darıxdırıcı görünə bilər, ancaq Əminə üçün belə deyil.  Onun enerji və optimizmi hətta yeknəsəq işi də bayrama çevirir. Tədbirlərin yüksək səviyyədə keçirilməsi, Sevimli Bala proqramının təşkili və bununla bağlı olan hər bir şeyə nəzarət Əminənin üzərinə düşür və o, hər bir yeni tapşırığı böyük məmnuniyyətlə yerinə yetirir, bunun əvvəlkindən daha yaxşı olmasına çalışır.

 

Fərəh Bektaşı

Talent Studio-nun direktoru

İstedadlı peşəkar komandasının sayəsində klubumuzun proyektləri sürprizlər və həqiqi xoşbəxtlik hissi ilə doludur. Belə bir peşəkarlardan biri bizim gözəl Fərəhimizdir. O, kreativ ideyaların axını, yaradıcı təklifləri və alman mütəşəkkilliyi ilə bizi hər dəfə təəcübləndirir. Fərəh, nəinki hər bir uşağın, hətta hər bir valideynin bizimlə yenilik və parlaqlıq dolu bir dünyanı kəşf edəcəyini deməyə yorulmur.

 

 

 

 

Rəvanə Tahirova

"Бэби" Klubunun administratoru

Rəvanə yeni nəslin uşaqları ilə işləməkdən zövq alır. O, həmişə xoş, gülərüz, ünsiyyətcil, diqqətcil və enerjilidir, asanlıqla hər bir kəslə təmasa girir və istədiyiniz suala cavab tapa bilir! Rəvanə isbat edir ki, uşağın erkən inkişafını bizim müəllimlərə etibar etmək üçün, Sevimli Bala-nı cəmi bir dəfə ziyarət etmək kifayətdir.

 

 

 

Sevil Yelçiyeva

Koordinator, eyni zamanda rəssamlıq müəllimi

Yaradıcı mühitdə və mehriban kollektivdə çalışmaq arzusu Sevili bizə- Sevimli Bala-ya gətirdi. O, koordinasiya işlərini uşaqların onun ciddi nəzarəti altında öz kiçik şedevrlərini yaratdığı rəssamlıq dərsləri ilə çox yaxşı birləşdirir. Çalışqan, diqqətcil və məsuliyyətli Sevil hesab edir ki, Sevimli Bala - hər bir uşağın diqqət, qayğı, və əlbəttə ki, öz bilik payını ala biləcəyi bir yerdir.

 

 

 

 

Maidət Daştiyeva

Koordinator

Uşaq klubunda işin koordinasiyası, ilk baxışda göründüyü kimi asan deyil. Lakin məsuliyyətli və gülərüz Maidət öz vəzifələrini asanlıqla yerinə yetirir. Sadəcə təvazökarcasına əlavə edir ki, onun işində əsas uşağlara qarşı sevgidir. Onu fikrincə, uşaqlar mütləq Sevimli Bala-nı sevəcəklər, çünki burada hər bir balaca üçün istedadlarından asılı olmayaraq bir məşğuliyyət tapılacaq.